İdman

Rafael Ağayevə yeni vəzifə və rütbə verildi

10 Fevral 2022 17:12
2 Şərh     Baxış: 3 602
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, 37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.

Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.

Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.