İdman

Transferlərə ən çox pul xərcləyən komandalar - SİYAHI

8 Fevral 2022 09:24
0 Şərh     Baxış: 856
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Böyük beşlik"də son 10 mövsümdə transferlərə ən çox pul xərcləyən klublar bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cədvələ "Mançester Siti" başçılıq edir.

Premyer Liqa klubu bu dövrdə 1 milyard 699 milyon avroluq futbolçu alıb. "Barselona"nın ikinci olduğu siyahıda "Çelsi" üçüncüdür.

"Onluq"da İngiltərə 4 klubla təmsil olunub. İspaniyanın 3, İtaliyanın 2 klubunun yer aldığı cədvələ Fransadan PSJ də düşüb.

Transferlərə ən çox xərcləyən 10 klub (milyon avro ilə)
1. "Mançester Siti" - 1699
2. "Barselona" - 1630
3. "Çelsi" - 1614
4. "Mançester Yunayted" - 1545
5. "Yuventus" - 1542
6. PSJ - 1445
7. "Real" - 1163
8. "Liverpul" - 1128
9. "Atletiko" - 1101
10. "İnter" - 1058

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.