İdman

“Liverpul”un yetirməsi qeyri-adi pokerə imza atıb

29 Yanvar 2022 22:51
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə çempionatında qeyri-adi hadisə baş verib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Oksford"un futbolçusu Kemeron Brennaqan bir oyunda penaltilərlə pokerə imza atıb.

O, Liqa1-in XXX turunda fərqlənib. Kemeron "Gillinqem"lə qarşılaşmada 4 penaltini qola çevirib.

O, 12-ci, 48-ci, 55-ci və 83-cü dəqiqələrdə rəqibi məyus edib. Bu görüşdə "Oksford" 7:2 hesabı ilə qalib gəlib. "Liverpul"un yetirməsi olan yarımmüdafiəçi cari mövsümün əvvəlki 24 matçında da 4 qol vurub.

Qeyd edək ki, 28 oyunda 49 xal toplayan "Oksford" turnir cədvəlində 6-cıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.