İdman

Dünya çempionatının seçmə oyununda kuryoz hadisə baş verib

28 Yanvar 2022 20:54
0 Şərh     Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çili və Argentina yığmaları arasında Dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin XV tur matçında kuryoz hadisə baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, yan xətt hakimləri Fabrisiu Vilarinyu da Silva və Rodriqu Fiqereydu oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar. Nəticədə onlar döşəməsilən və mühafizəçilərin jiletlərindən istifadə edərək yeni bayraqlar düzəldiblər.

Qeyd edək ki, qarşılaşma Argentinanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.