İdman

"Neftçi"dən yeni transfer - FOTO

27 Yanvar 2022 23:19
0 Şərh     Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" qış fasiləsində növbəti transferini gerçəkləşdiirb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rusiyanın "Ufa" klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevi heyətinə qatıb. Paytaxt təmsilçisi 28 yaşlı oyunçunun keçidini feysbuk səhifəsində paylaşdığı video ilə açıqlayıb.

Futbolçu ilə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisində 7 nömrəli formanı geyinəcək.

Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.

Qeyd edək ki, "Neftçi" bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.