İdman

Yeni klubu ilə müqavilə bağladı, arvadının ölüm xəbərini aldı - FOTO

16 Yanvar 2022 11:42
0 Şərh     Baxış: 1 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynalı futbolçu Oleq Dançenko Yunanıstanın AEK klubundan vətəninə dönüb.

Milli.Az fanat.az-a istinadla xəbər verir ki, 27 yaşlı müdafiəçi "Zorya" klubuna icarəyə verilib. Futbolçu yeni klubu ilə müqavilə imzaladıqdan sonra həyatının şokunu yaşayıb.

Belə ki, Dançenkonun həyat yoldaşı Viktoriya Dançenkonun Ukraynanın Odessa şəhəri yaxınlığında avtomobil qəzasına düşərək həlak olub. Onun maşını qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub. Viktoriyanın avtomobili yararsız hala düşüb və özü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Oleq-Viktorya cütlüyü 24 iyul 2020-ci ildə evlənmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.