İdman

"Bu qrupda öz sözümüzü deyə bilərik" - De Byazi

16 Dekabr 2021 22:57
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq".

Bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi yığmamızın UEFA Millətlər Liqasındakı rəqiblərini dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis AFFA-nın rəsmi saytına açıqlamasında bildirib ki, millimiz qrupda sözünü deyə bilər:"Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.