İdman

“Qarabağ”la oyunlar maraqlı olacaq” - Fransa klubunun prezidenti

13 Dekabr 2021 21:40
1 Şərh     Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın "Olimpik" (Marsel) klubunun prezidenti Pablo Lonqoriya Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmalarına münasibət bildirib.

Milli.Az matc.az-a istinadən bildirir ki, o, Liqa 1 nəhənginin rəsmi saytına açıqlamasında bunları söyləyib:

"Qarabağ" avrokubok yarışlarında təcrübəsi olan klubdur. Çünki bu komanda son illərdə avrokubokların daimi iştirakçısıdır. Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacaq.
 
"Qarabağ" keçmiş sovet respublikalarında tətbiq olunan qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək. Onlar bu mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər. "Bazel"ə 0:3 hesabıyla uduzduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Hansı ki, həmin qol bu matçda dinamikanı dəyişə bilərdi. Bəzi Avropa komandalarının Bakıda müxtəlif çətinliklərlə qarşılaşdığını da xatırlayıram.
 
Konfrans Liqası çətin və maraqlı turnirdir. Bu, həm də bizim üçün bir titul qazanmaq şansıdır. "Olimpik" olaraq oynadığımız bütün yarışlarda mümkün qədər yüksəklərə qalxmaq istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.