İdman

“Atletiko” pley-offa, “Borrusiya” və “Porto” isə Avroliqaya - VİDEOİCMAL

8 Dekabr 2021 13:54
0 Şərh     Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda daha altı qarşılaşma başa çatıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, B,C və D qruplarında baş tutan matçlardan sonra turnirin pley-off mərhələsinin sonuncu iştirakçısı, eləcə də Avropa Liqasına vəsiqə qazanan komandaların adlarına aydınlıq gəlib.

B qrupunda şans Madrid "Atletiko"sonun üzünə gülüb. Komanda qrup ikincisi olaraq ÇL-in pley-off mərhələsinə çıxıb.

Həmçinin, Avroliqaya vəsiqəni ötən tur təmin edən "Şerif"in ardından "Borrusiya" (Dortmund) və "Portu"nun da mübarizəni məhz adıçəkilən turnirdə davam etdirəcəyi təsdiqlənib.

"Milan" isə Avrokuboklardakı çıxışını dayandıran "Beşiktaş" və "Şaxtyor"a qoşulub.

UEFA Çempionlar Liqası

VI TUR

B qrupu

"Milan" - "Liverpul" 1:2

"Porto" - "Atletiko" 1:3

C qrupu

"Ayaks" - "Sportinq" 4:2

"Borussiya" - "Beşiktaş" 5:0

D qrupu

"Real" - "İnter" 2:0

"Şaxtyor" - "Şerif" 1:1

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.