İdman

Emreli “Legiya”nın azyaşlı azarkeşlərini sevindirdi - FOTO

8 Dekabr 2021 01:45
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı yeni il öncəsi azyaşlı azarkeşlərini sevindirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, klubun fanşopunda Varşava təmsilçisinin bir neçə oyunçusu ilə görüşən uşaqlar əyləncəli vaxt keçiriblər.

Futbolçuların arasında Emreli də olub. Fanatların suallarını cavablandıran 24 yaşlı forvard onlara üzərində öz imzası olan top və forma hədiyyə edib.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən "Legiya"da çıxış edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.