İdman

Ronaldo 800-ü tamamladı - VİDEO

3 Dekabr 2021 12:42
1 Şərh     Baxış: 1 637
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in İngiltərə Premyer Liqasının XIV turunda "Arsenal" üzərində 3:2 hesablı qələbə qazanmasında Kriştiano Ronaldo mühüm rol oynayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Old Trafford"dakı qarşılaşma portuqaliyalı forvard üçün əlamətdar olub.

Dubla imza atan 36 yaşlı superulduz karyerasında 800-cü qolunu vurub. O, bu toplardan 129-na "qırmızı şeytanlar"ın heyətində imza atıb. CR7 həmçinin "Sportinq"də 5, "Real"da 450, "Yuventus"da 101, Portuqaliya millisində isə 115 qolun müəllifi olub. Forvard buna 1097 oyunda nail olub.

Qeyd edək ki, "Qızıl top"un beşqat qalibi Kriştiano Ronaldo milli komandalar tarixinin, Avropa çempionatlarının və Çempionlar Liqasının bombardiridir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.