Özümüzü düzgün tanıyaq və sevək! Psixoloqun tövsiyəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Özümüzü necə tanıyaq? Bilirəm ki, indi çoxunuz bu sualı eşidib təəcüblənirsiniz?
Öz içinizdə deyirsiniz: "Necə yəni özümüzü necə tanıyaq, mən özümü yaxşı tanıyıram." Bəs heç düşünmüsünüz ki, nəyə görə keçmişə nəzər saldıqda bəzi hərəkət və davranışımız elə özümüzün təəcübünə səbəb olur. Özümüzü anlaya bilmirik, bu hərəkəti necə etdiyimizə cavab tapa bilmirik. Deməli, insan nə qədər özünü tanısa da bəzi situasiyalarda necə reaksiya verə biləcəyini qabaqcadan deyə bilməz. Özümüzü tanımaq üçün keçmişə nəzər salmalıyıq. Keçmişdə etdiklərimiz, seçdiklərimiz, üz çevirdiklərimiz, bacardıqlarımız gələcəkdə nələr edə biləcəyimizi göstərir. Özümüzü tanıyıb tanımadığımızı anlamaq üçün özümüzə belə bir sual verək. Özümüzü necə bilirik və necə görürük? Başqaları bizi necə bilir və necə görür. Bu iki sualın cavabı üst-üstə düşürsə, deməli, biz az da olsa özümüzü tanıyırıq.
Bəs hər şey özümüzü tanımaqla bitirmi? Bilirəm ki, bütün insanlar özündəki bəzi xüsusiyyətləri eləcə də, fizioloji görünüşündə bəzi bəyənmədiyi cəhətlər var. Biz gərək özümüz özümüzdə müsbət fikirlər formalaşdıraq və öz enerjimizi yüksək tutaq. Bilirəm indiki həyat şərtləri bunu etməyə çox imkan vermir. Ancaq düşünün ki, bu həyat bizə bir dəfə verilir və çalışmalıyıq ki, bu şansı ən yaxşı şəkildə dəyərləndirək. Özümüzü sevək, dəyər verək. Bunu etmək üçün keçmişlə barışmaq, olanı qəbul etmək, bu günü əzmlə yaşamaq və sabaha inanmaq bizi rahatladar və sevgi üçün zəmin hazırlayar. Özünü sevmək özünü saymaqla başlayar. Özün ilə keyfiyyətli vaxt keçirmək, özünü inkişaf etdirmək üçün şərtdir. Özünü sevən insan yaşam enerjisinin önəmli bir bölümünü özünün dəyərlərini açığa çıxartmaq və istifadə etmək üçün sərf edər. Bu enerjimizin üçdə biri qədərdir. Digər üçdə birini ətrafımızdakılar ilə düzgün əlaqələr qurmaq üçün istifadə etməliyik. Qalan bölüm isə yaşamaq üçün vacib olan ehtiyacları ödəmək üçün yetərli olmalıdır. İdeal yaşama bölgüsü budur.
Əgər bu yaşam bölgüsü ilə yaşamağı bacarsaq həyatımız daha maraqlı və dəyərli keçər. Bunu etməyə bu gündən başlayın sabahları gözləmək gec ola bilər. Ətrafımızda bəzi insanlar görürük onların yaşama həvəsinə heyran qalırıq. Şəxsən mən ətrafımda bəzi yaşlı insanlar görürəm, 70-80 yaşlarında özlərini hələ də bəyənir, qocalmadıqlarını düşünür və həyata müsbət baxırlar. Ona görə də uzun ömürlü və sağlam həyat tərzi keçirirlər. Bu yolu seçmək istəyənlər varmı?
Elvira Kərimova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto/Video)
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





