"Həyətdən qaçıb evə girdi, dalınca..." - Qubada ata-oğulun inanılmaz davası
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Quba rayonunda 1955-ci il təvəllüdlü Zaman atası Xanbabaya xəsarət yetirib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Zaman 24 sentyabr 2021-ci ildə, saat təxminən 17 radələrində Quba rayonu, Qımıl-qazma kəndində yaşadığı evdə mübahisə zamanı atası Xanbabanın sifətindən, bədəninin digər nahiyələrindən yumruq və şillə ilə vuraraq ona müxətlif dərəcəli xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Zamanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən Zaman ittiham üzrə özünü təqsirli bilib. Törətdiyi əməli etiraf edən Zamanın sözlərinə görə, ara-sıra spirtli içki qəbul edib və bu səbəbdən atası ilə aralarında mübahisə yaranıb: "Sentyabrın 24-də evimizin həyətində sərxoş vəziyyətdə olarkən atam içki içdiyim üçün mənə iradını bildirdi. Bu səbəbdən aramızda mübahisə yarandı.
Həmin vaxt atam üstümə odun parçası atdı və odun parçası qulaq nahiyəmdən dəydi. Bundan əsəbləşərək onun üstünə getdim. Atam qaçaraq evə girdi. Onun arxasınca evə girdim. Otaqda atamın sifət və bədən nahiyələrindən yumruq, şillə ilə vurdum".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xanbaba qeyd edib ki, oğlu tərəfindən döyüləndən sonra Daxili İşlər Nazirliyinin "102 Zəng" mərkəzinə məlumat verib. O, oğlunun bağışladığını, ondan şikayətçi olmadığını bildirib.
Quba rayon Məhkəməsində hakim Rahim Həsənovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Hökmdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlaması nəzərə alınıb.
Bu səbəbdən Zamanın barəsində ittihamedici hökm çıxarılmayıb. Onun barəsində olan cinayət təqibinə xitam verilib və cinayət məsuliyyətindən azad edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)





