Cəmiyyət

Cəlilabadda oğurluq edən şəxslər saxlanılıb

18 Noyabr 2021 22:03
0 Şərh     Baxış: 734
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyev saxlanılıb. Onun həmin evdən 4 000 manat pul, əlavə olaraq 2 800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurladığı müəyyən edilib.

Cəlilabad polisinin keçirdiyi digər əməliyyat tədbirləri ilə rayonun Qarazəncir kəndi ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb. Onlar gecə saatlarında həmin mağazadan 1 ədəd notbuk, 900 manat dəyərində tütün məmulatları, 300 manat pul və 1 ədəd qol saatı oğurlayıblar. Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mətləb Verdiyev və Elbrus Bağırov saxlanaraq istintaqa təqdim ediliblər.

Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.