Cəmiyyət

Atanın irsinin bölüşdürülməsi zamanı böyük oğula hər hansı üstünlük verilirmi?

20 Noyabr 2021 20:55
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Valideynin irsinin bölüşdürülməsi zamanı bütün varislər eyni sayılır, yəni eyni varislik təbəqəsinə aid olan şəxslər bərabər pay alır (məsələn, oğulların hər birinə bir pay, qızların hər birinə yarım pay düşür). Oğulların arasında yaşa görə fərq qoyulmur. Amma atanın bəzi şəxsi əşyaları böyük oğula çatır, digər varislərin bunda payı yoxdur. Bu şəxsi əşyalar aşağıdakıardan ibarətdir: üzük, Quran, şəxsi silah, geyindiyi və ya geyinmək üçün saxladığı libaslar.
Əgər atanın bu şəxsi əşyaları bir ədəd yox, bir neçə ədəd olsa, yaxşı olar ki, böyük oğul onları özünə götürəndə digər varislərdən halallıq alsın.

Böyük oğula verilən bu üstünlüyün əvəzində o, atanın qılınmamış namazlarını və tutulmamış oruclarını onun adından qəza etməyə vəzifəlidir.

Əgər atanın borcu varsa və mirası həmin borcu ödəməyə kifayət etmirsə, böyük oğula çatan əşyalar (yaxud onların qiyməti) da digər varislərin payı kimi borcluya ödənməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.