Sənə fayda verməyən sözləri demə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənə fayda verməyən sözləri demə. Allah Təala buyurur: "Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın". ("Qaf" 18).
Nəql edirlər ki, bir tələbə dünyasını dəyişir, onu yuxuda görən zaman soruşurlar: "Halın necədir?". Deyir: "Əməllərinizə və dediklərinizə nəzarət edin. Çünki Allahın hesab və kitabı çox dəqiqdir. Bir gün yağış yağan zaman mən demişdim ki, necə də vaxtsız yağan yağışdır! İndiyə qədər bu bir cümləyə görə başım dərddədir və mənə deyirlər: "Məgər bizim vaxtsız yağışımızmı vardır?"".
İmam Əli (ə) buyurur: "Yersiz sözdən uzaq olun. Çünki sənin gizli eyblərini aşkar edər. Səninlə işi olmayan düşmənini sənə qarşı təhrik edər".
Bir nəfər Ayətullah Seyyid Əhməd Xunsarinin yanına gəlir və onunla bir saat söhbət edir. Alim də ancaq bəli sözü ilə ona cavablar verir. Bəzi elmlər vardır ki, ona ancaq sükut edərək çatmaq olar. Ona görə də danışan zaman yersiz sözləri işlətmə və bilmədiyin sözü demə. Bildiyin hər sözü də demə. Elə söz de ki, başqalarına fayda versin və başqalarına fayda verməyən sözü demə.
Yeməyi az ye və ac olmayınca yemək yemə, tox olmadan da əlini yeməkdən çək. Əmirəl-möminin (ə) İmam Həsənə (ə) buyurur: "Sənə dörd şeyi öyrədim ki, ona görə həkimə ehtiyac duymayasan?". İmam Həsən (ə) buyurur: "Bəli". Həzrət Əli (ə) buyurur: "Yemək süfrəsinə əyləşmə məgər o halda ki, ac olarsan. Hələ ki, yeməyə iştahan var, ayağa qalx. Yeməyi yaxşı çeynə və nə zaman yatmaq istəsən, təharətə get. Əgər bunları yerinə yetirsən, tibbdən ehtiyacsız olarsan".
Çalışın ki, ağır yeməklər yeməyəsiniz. İmam Əli (ə) buyurur: "Qarınlarınızı heyvanların qəbri etməyin". Bu gün bu qədər kababla, toyuqla, ətlə Şeyx Ənsari meydana gələ bimləz.
Bizim yediklərimiz əslində tahir deyildir. İmam Sadiq (ə) buyurur: "İnsanların ən təqvalısı o kəsdir ki, şübhələnən zaman dayansın. Məbada bu tikə və ya bu yemək haram olsun".
Ona görə də hər yeməyi yemə və yeməkdə vəsvəsə et. Halal və haram olmasında vəsvəsə et. Şübhələndiyin yeməyi haram hesab et, ancaq təharət və nəsacətində şəkk etmə. İnşəallah ki, pakdır.
Əlbəttə halal və haram olmasında çox şəkk etmək də düzgün deyildir. O bazarda ki, müsəlmanlar işləyir, oranın yeməyi halal olar. Şəkk etmə ki, Allahın adını çəkiblər yoxsa, yox. Çoxlu vəsvəsə etmə.
Ayətullah İnsa Əşərəni, "İnsa əşərə" təfsirinin müəllifini zindana aparan zaman oranın yeməyini yemir və deyir: "Mənim çörəyimlə pendirimi evimdən gətirin". Ayətullah Şeyx Muhəmmədtəqi Bafəqini də zindana aparan zaman oranın yeməyini yemir. Oranın gözətçisinə pul verib deyir ki, mənə bayırdan yemək al.
Bir tacir Ayətullah Mərəşi Nəcəfini qonaq çağırır və alim qonaqlıqdan qayıtdıqdan sonra yatıb yuxuda İmam Zamanı (ə.f) görür. Həzrət (ə.f) ona buyurur: "Əlini hər süfrəyə tərəf açma". Alim tədqiq etdikdən sonra başa düşür ki, tacirin malında haram var imiş və ondan sonra diqqət etməyə başlayır və hər dəvətə getmir".
Ona görə də insan gərək dediklərinə və yedikərinə diqqət etsin ki, Allaha yaxınlaşa bilsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Hava ilə bağlı son məlumat
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
XƏBƏR LENTİ
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)





