Hamiləlik ehtimalını necə artırmaq olar? Məsləhətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ginekoloqların ən tez-tez eşitdiyi suallardan biri: "Həkim, mən niyə hamilə qalmıram?".
Bəzən hətta tam sağlam cütlük hamiləliyin baş tutmasını müəyyən müddət ərzində gözləməli olur. Bu təbiidir.
Tibbi statistikaya əsasən, 30% sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir. Lakin burada söhbət sağlam və cavan insanlardan gedir. Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.
Hamiləliyin ehtimalını artırmaq üçün bu məsləhətlərdən istifadə edin:
- Hamiləliyin baş tutması ehtimalı qadının menstrual dövrünün müəyyən günlərində artır - bu ovulyasiyadan 1-3 (hətta 5) gün əvvəl və ovulyasiya günü. Ovulyasiyanı təyin etmək üçün bir çox üsullar var. Bu üsullardan biri - servikal seliyinin (uşaqlıq boynu seliyinin) dəyişilməsinə əsaslanır. Bu ən dəqiq metodlardan biridir. Ovulyasiya gününə yaxın və ovulyasiya günü servikal seliyinin həcmi xeyli artır, selik şəffaf və elastik olur (nazik sap kimi uzanır), yumurtanın ağına bənzəyir.
- Hamiləliyi planlaşdıran cütlük hamiləliyin şansını artırmaq üçün 1 gündən bir cinsi əlaqədə olmalıdır (ovulyasiya yaxın günlərdə isə - hər gün).
- Cinsi əlaqədən sonra qadın 15-20 dəqiqə ərzində bel üstə sakit uzanmalıdır. Həkimlərin müşahidələrinə görə, bu sadə məsləhət hamiləliyin şansını xeyli artırır.
- Cinsi əlaqədən sonra qadın uşaqlıq yolunu yumamalıdır. Bu hamiləliyin şansını artırır.
- Qadında artıq çəki varsa, mütləq arıqlamalıdır. Yalnız bu sadə məsləhət bir çox qadınlara hamilə qalmağa kömək edib.
- Həddən artıq arıqlıq da hamiləlik üçün əngəl yaradır. Belə qadınlar öz çəkisini normaya çatdırmalıdır.
- Sağlam və tamdəyərli qidalanma da hamiləliyin ehtimalını artırır. Bu həm qadın, həm də kişiyə aiddir. Belə hesab olunur ki, qoz-fındıq, paxlalı bitkilər (noxud, lobya və s.), bol meyvə-tərəvəz, balıq və digər dəniz məhsullarının qəbulu hamiləliyin baş tutmasını yaxınlaşdırır.
Əksinə isə müxtəlif kimyəvi əlavələr (rəng və dadvericilər, konservantlar və s.) həm qadın, həm də kişinin dölyaratma sisteminə mənfi təsir edir.
- Fiziki aktivlik hamiləliyin ehtimalını artırır. İdman, bədən tərbiyyəsi zamanı orqanizmdə qan dövranı yaxşılaşır və bu, o cümlədən, cinsiyyət sisteminin sağlamlığına müsbət təsir edir. Təbii ki, söhbət həddən artıq yükləmələrdən getmir. Belə yükləmələr əksinə hamiləliyin şansını azaldır.
- Pis vərdişlərdən imtina edin. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kimi pis vərdişlər kişilərdə spermanın keyfiyyətini azaldır, belə kişilərin spermasında anomal spermatozoidlərin sayı daha çox olur.
- Əgər qadın bütün öz fikirlərini məhz hamilə qalmağa yönəldirsə, bu prosesi beyinlə kontrol etməyə çalışırsa, bu halda bu qadında psixogen sonsuzluq inkişaf edə bilər. Həkimlər sonsuzluq üçün heç bir səbəb tapmır, lakin hamiləlik də baş tutmur.
Bu vəziyyətdə həkimlər qadınlara belə məsləhət verir - müəyyən müddət ərzində hamiləlik haqqında düşünməyin, ovulyasiya günlərini və s. hesablamayın, hamiləlik testlərindən istifadə etməyin, ən yaxşısı isə - sanatoriya, kurorta, səyahətə gedin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Anar Bayramov Şahin Hüseynovu yüksək vəzifəyə təyin etdi
-
Bakıda bağ evlərində istirahət qiymətləri: 13 min manat...
-
Deputatlar yayda harada dincələcəklər? - Özləri cavabladı
-
Əsgərimiz infarktdan öldü
-
Kamil Zeynallının qazi Aminlə zarafatı diqqət çəkdi - (Video)
XƏBƏR LENTİ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?
-
XİN ABŞ-ni təbrik edib
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
-
Piyadalar üçün nəzərdə tutulan pilləkən sürücülərə problem yaradır (Video)
-
Makiyajın effekti: Əsas məhsullar və onların rolu
-
Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır
-
Qorxulu yuxular görməyin səbəbləri
-
Xiyarın möcüzəvi faydaları
-
Özbəkistanda ər arvadına qızıldan unitaz hədiyyə etdi - (Video)
-
Dünya çempionatı tarixinin 23 nəfərlik heyəti açıqlanıb
-
Biləcəridə avtobus dayanacağının zəbt olunduğu iddia edilir (Video)





