Əmirəl-möminin İmam Əlinin (ə) vəsiyyəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Təbəri İmam Əlinin (ə) vəsiyyətini bu cür nəql edir: "Bismilləhir Rahmənir-Rahim! Bu, Əli ibni Əbutalibin (ə) vəsiyyətnaməsidir. Şəhadət verirəm ki, şəriki olmayan Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) - Onun bəndəsi və peyğəmbəridir. Onu hidayət və Haqq dinlə göndərmişdir ki, bütün dinlərə hakim olsun. Baxmayaraq ki, müşriklər onu xoş qarşılamasa belə. Namazım, ibadətim, həyat və ölümüm şəriksiz olan aləmlərin Pərvərdigarı üçündür. Bu cür vəzifələnmişəm və mən müsəlmanlardanam.
Sizin ikinizə (Həsən (ə) və Hüseynə (ə)) İlahi təqvanı tövsiyə edirəm. Dünyanın axtarışında olmayın, baxmayarq ki, dünya sizin axtarışınızda olsa belə. Dünyada əlinizdən gedən heç bir şeyə görə qəm yeməyin. Haqdan qeyrisini deməyin, savab üçün iş görün. Zalımın düşməni və məzlumun, zülm görmüşün yardımçısı olun.
Sizin ikinizi, bütün ailəm və övladlarımı və hər kimi ki, bu vəsiyyətim onun əlinə keçərsə, İlahi təqvaya və işlərdə nizama riayət etməyə və aralarınızı islah etməyə dəvət edirəm. Çünki Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "İnsanların arasını islah etmək - bütün namaz və orucdan daha üstündür". Düşmənçilik edirsiniz ki, dinin məhv olmasına səbəb olur.
Qohumlarınıza nəzər salın və onlara gedib-gəlin ki, Allah hesabınızı yüngül etsin. Allahı(n haqqına) yetimlər barəsində riayət edin. Onları ac saxlamayın. Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Hər kim yetimi himayə edər o zamana qədər ki, ehtiyacsız olar, Allah behişti ona vacib edər. O kəs ki, yetimin malını yeyər, cəhənnəm ona vacibdir".
Allahı Quran barəsində nəzərdə saxlayın ki, məbada başqaları ona əməl etməkdə sizi qabaqlasın.
Allahı(n haqqına) qonşularınız barəsində nəzərinizə gətirin ki, Peyğəmbərin (s) tövsiyə etdikləridir.
Allahı(n haqqına) Allahın Evi barəsində nəzərdə saxlayın və o zamana qədər ki, varsınız, onu varlığınızdan boş buraxmayın. Əgər dağılsa, onun kimisini onun üçün qərar verə bilməzsiniz. O kəs ki, oradan qayıdar, onun üçün ən kiçik şey - bütün günahlarının bağışlanmasıdır ki, ondan əvvəl düçar olmuşdu.
Allahı(n haqqına) namaz barəsində riayət edin ki, o, ən yaxşı əməl və dinin sütunudur.
Allahı(n haqqına) zəkat bəsində gözünüzün önünə gətirin ki, o, Allahın qəzəbini yatızdırar.
Allahı(n haqqına) mal və canınızla Allah yolunda cihadla nəzərdə tutun.
Allahı(n haqqına) Peyğəmbərin (s) nəsli barəsində riayət edin ki, məbada sizin qarşınızda onlara zülm edərlər.
Allahı(n haqqına) Peyğəmbərin (s) dostları barəsində riayət edin, o kəsləri ki, bidət onlara təsir etməmişdir. Çünki Peyğəmbər (s) onları tapşırmışdır və bidət edənləri və onlara pənah verənləri lənətləmişdir.
Allahı(n haqqını) yoxsullar barəsində nəzərinizə gətirin və onları öz həyatınıza şərik edin.
Allahı (n haqqına) kənizləriniz və arvadlarınız barəsində riayət edin. Çünki Peyğəmbərin (s) son tövsiyə etdiyi şey bu idi ki, buyurub: "Sizə iki dəstəyə (haqqına) riayət etməyi tövsiyə edirəm: arvadlarınız və kənizləriniz".
İnsanlarla gözəl danışın, necə ki, Allah buyurmuşdur. Əmr-be-məruf və nəhy-əz-munkəri kənara qoymayın ki, bu zaman Allah sizin pislərinizi yaxşılara hakim edər. O zaman dua etsəniz, yerinə yetməz. Yaxşı işlərdə bir-birinizin yardımçısı olun. Allahın qorxusunu nəzərə alın ki, Allah ağır cəzaverəndir. Sizi Allaha tapşırıram ki, ən yaxşı Hifz edəndir. İlahi bərəkət, rəhmət və salam olsun sizə".
İmam Əli (ə) mübarək üzünü İmam Həsənə (ə) çevirib buyurur: "Qatilin (haqqına) riayət edin. Ona yasımda yemək verin və suyumla doyuzdurun. Mənim kəfənimdə fəryad çəkmə və mənə namaz qıl və yeddi dəfə mənə təkbir de. Qəbrimi gizlət".
Həzrət (ə) sonra "Lə iləhə illəllah!" deyib, dünyasını dəyişdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
XƏBƏR LENTİ
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq





