Azərbaycanda banklar dollar qəbulunu dayandırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda ölkədə bir sıra banklar tərəfindən bankomatlar vasitəsilə dollar əsginasların qəbulu dayandırılıb.
Milli.Az xəbər verir ki, oxu.az-ın məlumatına əsasən, buna səbəb dövriyyədə müəyyən miqdarda saxta 100 dollar əsginasların olmasıdır.
Saxta əsginasların təhlükəsizlik elementləri həqiqi valyuta vahidinə dəqiq olaraq bənzədilə bildiyindən bankomatlar tərəfindən saxta pullar müəyyən edə bilməyib. Bu səbəbdən banklar saxta dollar əsginasların dövriyyəsinin qarşısını almaq üçün bankomatlar vasitəsilə onların qəbulunu dayandırıb. Prosesin iki həftə müddətinə dayandırıldığı məlumat verilib.
Məsələ ilə bağlı bağlı Azərbaycan Beynəlxalq Bankından sorğumuza cavab olaraq müvafiq hüquq-mühafizə orqanlarından banka həqiqətən belə bir siqnalın daxil olduğu və müştərilərin maraqlarının qorunması üçün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyü bildirilib.
"Kapital Bank"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov isə hazırda Bankın bankomatlarında vendor tərəfindən proqram təminatının yenilənmələri həyata keçirilir. Onlar bu səbəbdən dolayı hazırda müvəqqəti olaraq dollar qəbulu dayandırdıqlarını təsdiqləyiblər:
"Qeyd edim ki, bu kimi yenilənmələr mütəmadi olaraq tətbiq olunur. Yaxın günlərdə dollar qəbulu yenidən aktiv olacaq".
Məsələ ilə bağlı Mərkəzi Bankdan oxu.az-a bildirilib ki, hazırda milli və xarici valyutada pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə çərçivəsində davamlı tədbirlər həyata keçirir və bu tədbirlər barədə mütəmadi olaraq kommersiya bankları, hüquq mühafizə orqanları və eləcə də ölkə ictimaiyyəti məlumatlandırılır:
"Hazırda dünyada sərbəst dönərli valyutaların, o cümlədən ABŞ dollarının geniş istifadəsi onların saxtalaşdırılması meyillərinin daha yüksək olmasını şərtləndirir və saxtakarlar üçün cəlbediciliyini artırır.
Müasir dövrdə rəqəmsal sistemlərin və yüksək texnologiyaların sürətli inkişafı isə pul nişanlarının saxtalaşdırılması imkanlarını, o cümlədən əhali üçün nəzərdə tutulmuş mühafizə elementlərinin, eləcə də nağd pul avadanlıqları, o cümlədən bankomatlar və terminallar tərəfindən müəyyən edilə bilən təhlükəsizlik sistemlərinin imitasiya imkanlarını genişləndirir.
Belə risklərdən sığortalanmaq üçün Mərkəzi Bank tərəfindən nağd pul avadanlıqlarının, emal sistemlərinin, nağd pul qəbul edən bankomat və terminalların xarici valyutada pul nişanlarının, o cümlədən ABŞ dollarının mühafizə elementlərinə uyğunlaşdırılmasının davamlı qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi ilə bağlı kommersiya banklarına müvafiq tapşırıqlar verilir.
Eyni zamanda, Mərkəzi Bankda ekspertiza nəticəsində saxtalaşdırma əlamətləri müəyyən edilmiş ABŞ dollarları və onların ekspertiza rəyləri müvafiq istintaq tədbirlərinin aparılması, o cümlədən saxta pulların ölkəyə daxil olma mənbəyinin araşdırılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir".
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən ilin doqquz ayı ərzində 271 ədəd milli və 125 ədəd xarici valyutada saxta pul nişanı aşkar olunaraq dövriyyədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir. Bununla əlaqədar olaraq, saxtalaşdırılmış pul nişanları müvafiq istintaq işlərinin aparılması məqsədilə hüquq mühafizə orqanlarına təqdim edilir və araşdırmalar yekunlaşdıqdan sonra qaytarılaraq Mərkəzi Bankda saxlanılır.
Hazırda bankomatlar vasitəsilə dollar qəbulunun dayandırılması saxta dollar əsginasların dövriyyəsinin artmasının qarşısını almağa yönəlib. Banklar tərəfindən bununla əlaqədar sistemdə yeniləmələr edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı





