Cəmiyyət

Koronavirusa yoluxmuş jurnalistə təcili I qrup qan lazımdır

7 Oktyabr 2021 16:14
Baxış: 1 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur.

Milli.Az xəbər verir ki, bu barədə lent.az-a onun qardaşı Rəşad Şükürov məlumat verib. O bildirib ki, jurnalistin vəziyyəti ağır stabil olaraq qalır.

Cüdo Federasiyasının işçisi Rəhim Məhərrəmov isə sosial şəbəkə hesabında bildirib ki, E.Əşrəfoğlu üçün təcili 1-ci qrup (+/-) qan lazımdır. Qan Bankına bunun üçün yaxınlaşan şəxslər Xəyal bəylə (055-212-81-11) əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika"da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.