Aqro-Vest DC-də Anım Günü qeyd olunub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Aqro-Vest DC MMC-də Anım mərasimi keçirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə şirkətin bir qrup əməkdaşı çıxış edib, Vətən müharibəsi haqqında fikirlərini, o günlərlə bağlı xatirələrini, hisslərini bölüşüb, Azərbaycan xalqının mübariz oğul və qızlarını yad edərək onların yazdığı bu şərəfli tarixə bir daha nəzər salıblar.
Aqro-Vest DC MMC-nin hüquqşünası Rafiq Abbasov çıxış edərək o günlər haqqında düşüncələrini bölüşüb: "2020-ci ilin ortalarından başlayaraq, Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən ölkəmizin bir çox sərhədyanı bölgələri intensiv olaraq atəşə tutulmağa başladı. Düşmən o qədər azğılaşmışdı ki, daha geniş ərazi iddiaları irəli sürürdü. Hətta iyul ayında Tovuz rayonu ərazisində genişmiqyaslı hücumlar təşkil etdi. Sentyabr ayının 27-si səhər saatlarında düşmən yenidən hərbi təxribat törətməyə, hərbi mövqelərimizi eləcə də, yaşayış məntəqələrimizi atəşə tutmağa başladı.
Azərbaycan xalqının, dövlətinin iradəsini və maraqlarını daim əsas tutan Ali Baş Komandanın əmri ilə ordumuz bu təxribata qarşı əks-hücum əməliyyatlarına-Azərbaycanın tarixinə şərəflə, qanla yazılacaq 44 günlük Vətən müharibəsinə başladı. 44 gün ərzində xalqımız hər günü bir əsrə bərabər olacaq tarix yazdı. İnancından, yaşından, mənsubiyyətindən, cinsindən, vəzifəsindən asılı olmayaraq hər kəs Vətən üçün səfərbər oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbrəliyi ilə Azərbaycan Ordusu 30 illik istilaya son verdi, tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının milli ləyaqətini bərpa etdi! Biz bu yolda can verənlərin əziz xatirəsini heç vaxt unutmayacağıq!"
Daha sonra şirkətin kadrlar şöbəsinin müdirü Oğuz Heydərli Aqro-Vest DC MMC komandasının həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ilə birgə olduğunu, ölkə başçısı cənab İlham Əliyevin ideyalarına sadiq qaldığını vurğulamışdır: "Şirkətimizin rəhbərliyi və komandasını bu şərəfli günlərdə devizi, hamı kimi, hər şey vətən üçün idi. Biz Ali Baş Komandanın hər bir paylaşımını və müraciətlərini diqqətlə dinləyir, bu çıxışlardan özümüzə hədəf və məqsədlər, tapşırıqlar müəyyənləşdirirdik. Şirkətimizin 20 nəfər əməkdaşı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Həmçinin, şirkətimiz ordumuza həmrəylik məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna ianələr etmiş, əsgərlərimiz üçün isti geyim dəstləri, şəxsi gigiyena vasitələri və s. göndərmişdir. Biz çox gözəl başa düşürük ki, daha güclü Azərbaycan üçün atılacaq hələ çox addımlar vardır. Biz bundan sonra da, Cənab İlham Əliyevin, Müzəffər Ali Baş komandanın ideyalarına sadiq qalacaq, daha güclü Azərbaycan üçün səylərimizi əsirgəməyəcəyik. Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!"
DİGƏR XƏBƏRLƏR
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
XƏBƏR LENTİ
-
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
-
Ağcabədidə qəza zamanı ölən iki qardaşın kimliyi məlum olub - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - (Video)
-
Mehriban Xanlarova buna görə verilişlərə getmir
-
Keçmiş deputat vəzifədən azad edildi
-
Formula 1 Azərbaycan Qran-Prisi: Startdan finişə 2 min könüllü yarışın hər anında - (Foto)
-
Finişə qədər hər saniyə hazır: marşallar yubiley Qran-Prisini başa vurdular - (Foto)
-
Corcun Qubada toyu oldu - (Video)
-
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan (Videosu)
-
Elnarə Abdullayeva nənə olacaq - (Video)
-
Yük maşını “Opel”lə toqquşub yol kənarına aşdı - Xəsarət alan var - (Video)
-
Müğənni Bakıda butulkanın içində konsert verdi - (Video)
-
Leysan olacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Bakı artıq avtoidman həvəskarlarının səbirsizliklə gözlədiyi mühüm bir mərkəzə çevrilib - Anar Ələkbərov
-
"İran nüvə silahına sahib ola bilməz"
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Yenilənib)
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - (Yenilənib)
-
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
Abbas Əraqçi sentyabrın 30-dək ABŞ-də qalacaq
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb - (Foto/Video)
-
"Formula 1": Albon Azərbaycan Qran-prisində baryerə çırpılıb
-
Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb
-
Tanınmış şəxslərlə fotosunu montajlayıb fırıldaqçılıq edən şəxs saxlanıldı
-
Azərbaycan tərəfi Türkiyə mediasında baş verən prosesləri diqqətlə izləyir - Media və Yayım Şurası





