"Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şərait təqdirəlayiqdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyada keçirilən "G20 VIII Dinlərarası Forum" zamanı Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə şeyxülislam Allahşükür Paşazadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqın yenilməz iradəsi ilə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyini deyib. QMİ sədri Qarabağ münaqişəsinə son qoyulmasına baxmayaraq, hələ də həmin ərazilərdə düşmən tərəfindən basdırılmış minaların qaldığını qeyd edib, bunun vətəndaşlarımızın doğma dədə-baba torpaqlarına qayıtmalarına maneə yaratdığını bildirib. Şeyxülislam düşmənin həmin ərazilərdəki məscidləri tövləyə çevirdiyini, hətta İslamda haram buyurulan heyvanlar saxladığını, Ermənistanın Qarabağda 30 ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində Azərbaycanın mədəni irsinə çox böyük ziyan vurduğunu deyib. O, Bolonya arxiyepiskopunu vəziyyətlə yerində tanış olmaq məqsədilə Azərbaycana səfərə dəvət edib.
Bolonya arxiyepiskopu kardinal Matteo Zuppi münaqişəyə Azərbaycan tərəfindən son qoyulmasından məmnunluğunu ifadə edib. O deyib: "Birgə yaşamağa yönələn təşəbbüsləri dəstəkləmək hər birimizin səylərindən olmalıdır. Hər birimiz qəddarlığa yol açan təşəbbüslərin qarşısının alınmasına səy göstərməliyik".
M.Zuppi Azərbaycanın mədəni-maddi irsin qorunması ilə bağlı yanaşmasını yüksək qiymətləndirdiyini bildirib. Azərbaycanda müxtəlif dini konfessiyaların nümayəndələri üçün yaradılan şəraitin təqdirəlayiq olduğunu deyib.
Bolonyanın dünyanın ən qədim universitet şəhərlərindən biri olduğunu bildirən kardinal Matteo Zuppi Bolonya Dövlət Universiteti ilə Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsini təklif edərək, gələcəkdə azərbaycanlı tələbələr üçün təqaüdlərin ayrılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin 2022-ci ildə Bolonya Universitetində dini fənlər fakültəsinin yaradılacağını bildirərək, azərbaycanlı müdavimlərin orada təhsil alacaqlarına ümidvar olduğunu vurğulayıb.
Vatikanın Dinlərarası Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşe Azərbaycanın işğaldan azad edilən ərazilərdə müxtəlif dinlərə məxsus məbəd və abidələrin bərpasını həyata keçirməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Vatikanda dünya və dini irsinin qorunması ilə bağlı səyləri xüsusi qeyd edib.
2020-ci ildə koronavirusla əlaqədar şeyxülislam başda olmaqla, Azərbaycanın dini konfessiyalarını təmsil edən nümayəndə heyətinin Vatikana səfərinin və Roma Papası I Fransisk ilə görüşünün təxirə salındığını bildirən X.Akaşe yaxın zamanda bu dəvətin yenilənəcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də iştirak edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
XƏBƏR LENTİ
-
“Qarabağ” “Şəfa”ya qarşı, "Neftçi" "Qəbələ"yə qalib gəldi - Yenilənir
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək





