Cəmiyyət

Tarixi qələbədə şəhid Orxan Ərəbovun da rolu olub - VİDEO

31 Avqust 2021 18:42
0 Şərh     Baxış: 1 195
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində əldə olunan parlaq tarixi qələbədə payı olanlardan biri də Samux rayonu, Qədili kəndində doğulub-böyüyən Orxan Ərəbov olub.

O, onlarla peşə arasından özünə məhz orduda xidmət etmək yolunu seçmişdi. Çünki qarşıda xalqımızı azadlıq uğrunda son savaşın gözlədiyini yaxşı bilirdi. Ailəsinə isə bu həqiqəti demirdi.

Qardaşı deyir ki, torpaqlarımızın işğalda olması Orxanı ağlı kəsəndən narahat edirdi. 2016-cı ilin Aprel döyüşlərindən sonra isə o, özünə heç cür rahatlıq tapa bilmir, yarımçıq qalmış qisasın başa çatdırılacağı günü gözləyir, Vətən borcunu ödəmək haqqında düşünürdü.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Orxan təkcə heyət üzvü olduğu tankda yox, cəbhənin hər nöqtəsində düşmənə qarşı vuruşmağa, səngər yoldaşlarının hayına çatmağa çalışırdı. Elə bu səbəbdəndir ki, onun xatirəsi həm silahdaşları, həm də doğmaları üçün fəxr mənbəyidir.

Şəhid Orxan Ərəbovun torpaqlarımızın azadlığı uğrunda fədakarlığı yüksək qiymətləndirilib. Ölümündən sonra o, "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.