Cəmiyyət

Şəhid Mirağa Əliyevin 21-ci doğum günü - VİDEO

30 Avqust 2021 16:00
0 Şərh     Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Onun xatirəsini əbədiləşdirmək üçün bulaq istifadəyə verilib

Milli.Az Real TV-ə istinadən bildirir ki, Ağcabədinin Xocavənd kəndində Vətən müharibəsi şəhidi Əliyev Mirağa Musa oğlunun 21 yaşı qeyd olunub.

Mərasimdə rayon ictimaiyyəti, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, şəhidin ailə üzvləri, şəhid anaları, kənd sakinləri iştirak ediblər.

Şəhid Əliyev Mirağa Musa oğlunun xatirəsin əbədiləşdirmək üçün onun adına xatirə bulağı da bu gün istifadəyə verilib.

Qeyd edək ki, iki bacının bir qardaşı olan Mirağa torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə könüllü qoşulub.

Mirağa Əliyev Vətən uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyev tərəfindən"Vətən uğrunda", "İgidliyə görə", Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.