Cəmiyyət

Suraxanıda 3 aydır ki, kanalizasiya suyu bu küçəyə axır - VİDEO

30 Avqust 2021 15:18
0 Şərh     Baxış: 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsinə kanalizasiya suyu axır. Ərazini üfunət bürüyüb. Küçəyə axıdılan kanalizasiya suyu həm də xəstəlik mənbəyidir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyirlər ki, problemin həlli üçün dəfələrlə müraciət ediblər, amma problem həllini tapmır.

Onlar qeyd edirlər ki, uşaqlar bunun çirkab su olduğunu bilmirlər. Odur ki sakinlər bu hala görə daha da narahatdırlar.

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, qəza briqadası tərəfindən əraziyə baxış keçirilib. Kanalizasiya suyunun daşmasının səbəbi boruda olan tutulmadır. Borunun  açılması üçün lazımi işlər görülüb. Artıq xətt açıldığından problem həll edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.