Cəmiyyət

Goranboyda mal-qara tələf olur - VİDEO

20 Avqust 2021 13:44
0 Şərh     Baxış: 1 028
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboyda mal-qara arasında xəstəlik yayılıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, heyvanlar xəstəliyə tutulandan 1-2 sonra tələf olurlar.

Heyvan sahiblərinin sözlərinə görə,  xəstəlik səbəbindən mal-qara ot yemir, su içmir, bir müddət sonra isə bədənin müxtəlif hissələrində şiş yaranaraq ölür. Xəstəlik çox sürətli getdiyindən yoluxmuş heyvanları müalicə etmək çətin olur. Rayonda artıq 15 baş heyvan xəstəlikdən tələf olub.

Rayon baytarlıq idarəsindən verilən məlumata görə, xəstəlik yayılan kənddə artıq peyvəndləmə işi aparılıb.

Mütəxəssislər hesab edirlər ki, peyvəndləmədən sonra mal-qaranın tələf olmasının qarşısı alınacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.