Cəmiyyət

67 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

18 Avqust 2021 09:48
0 Şərh     Baxış: 629
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 17-i saat 11 radələrində Ucar rayonu ərazisində bir nəfər şəxsin elektrik dirəyindən yıxılması və almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub..

Ucar rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilmişdir ki, rayon sakini 1954-cü il təvəllüdlü Nəbi Əliyev yaşadığı evə gələn elektrik xəttini düzəltmək istəyərkən ehtiyyatsızlıqdan cərəyan vurması nəticəsində dirəkdən yerə yıxılaraq almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb..

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.