Hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi yenidən ev şəraitində davam etdiriləcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, atasının artıq həyati təhlükəsi yoxdur və vəziyyəti müsbətə doğru irəliləyir: "Dünən axşam artıq evə köçürüldü. Müalicəsi evdə davam etdiriləcək".
Xatırladaq ki, O. Gülalıyev ötən il 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Daha sonra isə müalicəsi ölkədə davam etdirilib.
Milli.Az