Oktay Gülalıyev xəstəxanadan evə buraxıldı

17 Avqust 2021 16:54

Hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi yenidən ev şəraitində davam etdiriləcək. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun oğlu Əli Gülalıyev sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, atasının artıq həyati təhlükəsi yoxdur və vəziyyəti müsbətə doğru irəliləyir: "Dünən axşam artıq evə köçürüldü. Müalicəsi evdə davam etdiriləcək".

Xatırladaq ki, O. Gülalıyev ötən il 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Daha sonra isə müalicəsi ölkədə davam etdirilib.

Milli.Az