Cəmiyyət

"Patı" satan qadın - FOTO

13 Avqust 2021 16:56
0 Şərh     Baxış: 3 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayon sakini Gülnarə Ağayeva saxlanılıb.

Onun şəhər ərazisində kirayə yaşadığı evə keçirilən baxış zaman sellofan bükümlərdə təmiz çəkisi 742 qram olan "patı" və "şüşə" adlanan psixotrop maddə maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.