Cəmiyyət

"Zirvə" restoranının sahibi 4 min manat cərimələndi

10 Avqust 2021 19:12
0 Şərh     Baxış: 595
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən "Zirvə" restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşviq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.