Cəmiyyət

DİN-dən hərəkətdə olan maşından atılan qadınla bağlı AÇIQLAMA

9 Avqust 2021 11:49
3 Şərh     Baxış: 3 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyi hərəkətdə olan avtomobildən yola atılan qadınla bağlı yayılan xəbərə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Milli.Az-a açıqlamasında bildirib ki, avqustun 7-də Şabran rayon sakini Heyyət Heybətov ilə tanışı, Qusar rayon sakini Natəvan Sarxanova arasında mübahisə yaranıb:

"Nəticədə H.Heybətov qadını hərəkətdə olan avtomobildən yola atıb. Hadisə Quba rayonu ərazisində baş verib. N.Sarxanova xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisəyə hüquqi qiymət veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.