Cəmiyyət

İki şadlıq evinin sahibi cərimələndi

9 Avqust 2021 11:16
0 Şərh     Baxış: 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyanda iki şadlıq evinin sahibi cərimələnib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən "Samir" və "Qardaşlar" şadlıq saraylarında təşkil olunan toy məclislərində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, adı çəkilən sarayların sahibləri toy mərasimlərində normadan artıq qonağın iştirak etməsinə şərait yaradıblar.
Yol verilən qayda pozuntusu ilə bağlı hər iki obyektin sahibi 4000 manat məbləğində cərimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory