Cəmiyyət

FHN: Türkiyəyə yollanan yanğınsöndürənlərimiz arasında xəsarət alan və ya həlak olan olmayıb

1 Avqust 2021 20:30
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə davam edən yanğınlar zamanı Azərbaycandan gedən yanğınsöndürənlərdən bir nəfərin həlak olması ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

Milli.Az xəbər verir ki, FHN-in Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Qardaş ölkəyə yollanan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları arasında xəsarət alan və ya həlak olan olmayıb. Hazırda yanğınsöndürənlərimiz fəaliyyətlərini davam etdirirlər", - məlumatda deyilir.

Qurum rəsmisi jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək bu cür məlumatları yaymazdan əvvəl rəsmi qurumla dəqiqləşdirmə aparmalarını xahiş edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin göstərişinə uyğun olaraq qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısının alınması istiqamətində fəaliyyətlərini uğurla davam etdirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.