Cəmiyyət

Qonaq sayına görə toy sahibi cərimələndi

30 İyul 2021 09:40
Baxış: 592
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucarda pandemiya qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Rəstəcə, Qazyan və Qarabörk kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Qayda pozuntularına yol vermiş ev sahiblərinə mövcud qaydalar haqqında geniş məlumat verilib və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.