Cəmiyyət

10 gündür evdən çıxıb, qayıtmayıb - FOTO

28 İyul 2021 17:14
0 Şərh     Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirdə itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şəmkir rayon sakini, 2006-cı il təvəllüdlü Məhəmməd Vəliyev iyulun 17-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

M. Vəliyevin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində ağ köynək, göy rəngli cins şalvar və qara rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-305-28-02 şəhər və (070) 306-45-46 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.