Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan daha 2 toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Milli.Az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı "Maricel" və "Astara" restoranlarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.
"Maricel" restoranının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat, "Astara" restoranının sahibi 3000 manat, toy təşkilatçıları isə 200 manat məbləğində cərimə olunublar.
Milli.Az