Cəmiyyət

Göyçayda bir ailə ağır qəzaya düşdü

1 May 2010 09:04
Baxış: 234
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən axşam saat 16:00 radələrində Göyçayın Ləkçiplaq kəndində qeydə alınıb. Bığır kənd sakini 1956-cı il təvəllüdlü Cəfərov İzafəddin Alı oğlu özünə məxsus 04-BQ-045 markalı minik avtomobilini yüksək sürətlə idarə edən zaman yoldan çıxararaq aşırıb. Avtomobil yolun kənarındakı su arxına düşüb və nəticədə sürücü İ. Cəfərov, onun bacısı 1951-ci il təvəllüdlü Cəfərova Nailə Alı qızı və Bığır kənd sakini, 1963-cü il təvəllüdlü Salmanov Murad Məhəmməd oğlu ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər. Hadisəyə sürücünün Ləkçiplaq kəndindəki toy məclisində iştirak edəndən sonra içkili vəziyyətdə sükan arxasına oturmasının səbəb olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

/APA/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.