Cəmiyyət

18 yaşlı qızı zəncirlə bağlayan şəxs tutuldu

24 İyul 2021 11:19
0 Şərh     Baxış: 1 074
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulun 22-də rayonun Bərdə şəhər sakini Əfsanə Yusifzadənin zəncirlə bağlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin anasının tanışı Ruslan Rzayevin 2003-cü il təvəllüdlü Əfsanə Yusifzadəni ayağından Bərdə şəhərində yerləşən yataqxanada ümumi istifadədə olan sanitar qovşağında zəncirlə dəmir boruya bağlayaraq qəsdən azadlığını məhdudlaşdırılmasına və sağlamlığına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.3-cü (qanunsuz azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ruslan Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.