Qurban ətinin paylanmasında xüsusi norma yoxdur - Hacı Şahin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurban bayramı cəmiyyətdə xeyriyyəçilik ənənələrinin yüksəlməsinə xidmət edir.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, qurban ətinin paylanmasında xüsusi norma yoxdur:
"Qurban bayramı həcc ayinlərindən biridir. Həcc ziyarəti zamanı zəvvarların Mina çölündə qurban kəsməsi vacibdir. Amma həcc ziyarətində olmayan müsəlmanlara qurban kəsmək vacib deyil. Sadəcə, bəyənilən bir əməldir. Böyük fəziləti var. Allahın sevdiyi əməllərdən biridir. Qurban müsəlman tərəfindən üzü qibləyə bıçaqla kəsilməli, kəsilən zaman Allahın adı çəkilməlidir. Bu, qurbanın şəriət qaydalarıdır. Bu il qurbanlar xüsusi ayrılmış yerlərdə kəsiləcək. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qurbanın sanitar-gigiyenik normalar üzrə, Qafqaz Müsəlmanları İdarəsi isə şəriət qaydalarına uyğun kəsilməsinə nəzarət edəcək. Bunun üçün din xadimləri ayrılıb. Qurban ətinin ehtiyacı olan insanlara paylanılması məsləhətdir. Hər bir insan kəsdiyi qurbandan istənilən qədər pay ayıra bilər. Bunun üçün xüsusi bir məhdudiyyət yoxdur. Amma qurban əti elə bir normada verilməlidir ki, insanların ehtiyacını təmin etsin".
Din xadimi, həmçinin bildirib ki, Qurban bayramı həm də dərin fəlsəfi köklərə dayanan ayindir. Həzrəti İbrahim və Həzrəti İsmayılın adı ilə bağlıdır:
"Burada məcazi məhəbbətin həqiqi eşqə qurban getməsindən söhbət gedir. Biz hər gün nələrisə nə üçünsə qurban verməli oluruq və Qurban bayramı bizə qurban verən zaman doğru seçim etməyə istiqamətləndirir. Yəni, qurban ilahi hədəflər, mənəvi məqsədlər uğrunda insanın öz kiçik istəklərini fəda etməsindən ibarətdir. Bu, qurbanın mənəvi fəlsəfi tərəfidir. İctimai baxımdan isə Qurban bayramı yardımlaşmağı tələb edir, insanları bir-birinə yardım etməyə təşfiq edir. Cəmiyyətdə ehtiyacı olan insanlar var və hər bir zəngin insan ehtiyacı olanların halından xəbərdar olmalı, onlara yardım əlini uzatmalıdır. Qurban bayramı bu ənənənin cəmiyyətdə güclənməsinə xidmət edir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)





