Hansı torpaqlar vergiyə cəlb edilmir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkə ərazisində istifadəsində və ya mülkiyyətində torpaq sahəsi olan hüquqi və fiziki şəxslər torpaq vergisinin ödəyicisidirlər. Torpaq vergisi həm fərdi sahibkar olan fiziki şəxslərin, həm də hüquqi şəxslərin gəlirindən çıxılan xərclərə aid edilir. Hüquqi şəxslər torpaq vergisini dövlət büdcəsinə, fiziki şəxslər isə bələdiyyəyə ödəyirlər. Vergi Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə ödənilir. Bəs hansı torpaqlar torpaq vergisinə cəlb edilmir?
Milli.Az Dövlət Vergi Xidmətinə istinadla ictimai maraq doğuran məsələ ilə bağlı iqtisadçı ekspert Radil Fətullayevin şərhini təqdim edir.
Ekspert bildirib ki, Vergi Məcəlləsinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlar, dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisinə cəlb edilmir.
Bununla yanaşı, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar, dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar da torpaq vergisinə cəlb edilmir: "Bundan əlavə, Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər qanunvericiliyə uyğun olaraq, sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, sənaye və texnologiyalar parkında istifadə etdikləri torpaqlara görə 10 il müddətinə torpaq vergisini ödəməkdən azaddırlar".
R.Fətullayev qeyd edib ki, müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən, yaradılan sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye, yaxud texnologiyalar parklarının ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azaddır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir.
Həmçinin KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mülkiyyətində və ya istifadəsində olan və KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilirlər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan ilə razılaşdırdığı torpağa görə 2019-cu il yanvarın 1-dən 7 il müddətinə torpaq vergisini ödəməkdən azaddır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Növbəti1 ay ərzində 5 bürcün bütün işləri yağ kimi gedəcək
-
Müğənni elə geyimdə səhnəyə çıxdı ki... - VİDEO
-
Şimali Koreya küçələrində gizli ÇƏKİLİŞ - VİDEO
-
Ayaqqabını paltaryuyanda yumaq olarmı?
-
Doğramacı belə hazırlayın - Dadına doya bilməyəcəksiniz
-
1.2 milyard insan bu xəstəlikdən əziyyət çəkir
-
Hər ilin bir günü metroya paltarsız minirlər - VİDEO
-
Əri ilə tərəf müqabili olacaq
-
Bəqai: ABŞ və İran razılaşmaya yaxınlaşmayıb
-
Sılanın son halını görənlər inana bilmir: "Bu qadına nə olub?" - FOTO
-
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb
-
“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub
-
Qubada asfalt çökdü - 3 kəndin yolu bağlandı - VİDEO
-
Günün qoroskopu: Maraqlı bir tanışlıq ehtimalı var
-
iPhone 18 Pro ilkin sifarişə çıxarıldı: “Od” qiymətinədir - FOTO
-
Vinisius Madridi vaxtından əvvəl tərk edir
-
Beren Saatın oxşarı: “Kıvanç Tatlıtuğ ilə...”
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Premyer Liqa: Mövsümün ən yaxşı 10 transferi
-
Hüseynin yeni “Lamborghini”si - FOTO
-
Alatau şəhəri ticarət və logistika mərkəzidir - britaniyalı memar
-
Elvin Cəfərquliyev qalır, yoxsa gedir? - Qurban Qurbanov açıqladı
-
Alatau şəhərinin əhalisinin 2050-ci ilədək 1,87 milyon nəfərə çatacağı planlaşdırılır
-
"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti





