Cəmiyyət

Bərdədə pandemiya tələblərini pozan şadlıq evləri cərimələndi

15 İyul 2021 15:24
0 Şərh     Baxış: 641
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı "Ay ulduz", "Kral" şadlıq saraylarında "icaze.e-gov.az" portalında qeydiyyatdan keçmədən toy məclisi təşkil edildiyi və "Nəqşicahan" şadlıq sarayında isə "COVID-19" pasportu olmayan şəxsin toy mərasiminə buraxılması müəyyən edilib.

Qeyd olunan qayda pozuntuları ilə əlaqədar restoran sahiblərinin barəsində inzibati qaydada protokollar tərtib edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.