Cəmiyyət

Qəhrəman şəhidimiz Eldost Hüseynov - VİDEO

14 İyul 2021 14:14
0 Şərh     Baxış: 2 175
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük vətən müharibəsində xüsusi şücaəti ilə seçilən, qəhrəman şəhidlərimizdən biri də  Eldost Hüseynovdur. O, Talış döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhid Eldost Hüseynov 44 günlük Vətən müharibəsində xüsusi şücaəti ilə seçilib. O, 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. Eldost Vətən müharibəsi zamanı bir çox istiqamətlərdə döyüşüb. Sonuncu dəfə Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Burada düşmənin canlı qüvvəsinin məhv edilməsində xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 7-də Talış döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. 

O, həmişə yaxınları ilə danışanda qələbə ilə qayıdacaqlarını bildirirmiş.

Qəhrəman şəhidimiz Şamaxı şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Eldost Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.