Cəmiyyət

Şəhid Nəbi Hüseynovun anım günü idi - VİDEO

12 İyul 2021 10:44
1 Şərh     Baxış: 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş leytenant Murovdağ, Xocavənd Və Cəbrayılda döyüşüb

Milli.Az Real TV-ə istinadən bildirir ki, Nəbi Hüseynov İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan igid vətən oğullarından biri Qazax rayonunun 1-ci Şıxlı kəndində doğulan Nəbi, kiçik yaşlarından hərbiyə maraq göstərir. O, 8-ci sinfi bitirdikdən sonra ailəsinin qarşı çıxmağına baxmayaraq, arzusunun ardınca gedərək, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur.

Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı ixtisaslı artilleriya zabiti kimi bitirir. Aprel döyüşlərində topçu zabit kimi iştirak edən Nəbi Hüseynov, sonradan Xüsusi Təyinatlı qüvvələrdə zabit kimi çalışmağa başlayır. Anasının dediyinə görə, Nəbi aprel döyüşlərindən sonra sanki daha 10 yaş böyüyür.

Şəhidimizin valideynləri deyir ki, Vətən müharibəsinin ilk günlərindən Murovdağı istiqamətində döyüşlərdə iştirak edən Nəbi, Xocavənd və Cəbrayılda da döyüşüb.

Müharibə vaxtı müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə fəal iştirak edən baş leytenant Nəbi Hüseynov, ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlib.

Şəhidin anası Gülnarə Hüseynova oğlunun evlənmək istəyindən də danışaraq bildirib ki, Nəbi üçün elçi getməyə hazırlaşırdılar.

Şəhidin 29-cu doğum günü onun məzarı başında qeyd olundu. Bu məqsədlə şəhidin yaxınları, ailəsi və dostları bir araya toplaşmışdılar. Xatırladaq ki, döyüşlərdə göstərdiyi şücaətə görə orden və medallarla təltif olunan Nəbi Hüseynov, Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.