Cəmiyyət

Bu abituriyentlər imtahan vaxtını seçməlidir

9 İyul 2021 19:26
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət İmtahan Mərkəzi bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib.

DİM-dən Milli.Az-a verilən məlumata görə, 14 və ya 15 iyul tarixində ixtisas qrupları üzrə qəbul imtahanı olan abituriyentlər qabiliyyət imtahanını 14, 15 və ya 16 iyul tarixlərinin hər hansı birində verə bilərlər.

14, 15 və 16 iyul tarixlərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 21 iyun - 1 iyul tarixlərində qeydiyyatdan keçən abityuriyentlər üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcəkdir. 14 və ya 15 iyul tarixlərində ixtisas qrupları üzrə qəbul imtahanı olan abituriyentlər qabiliyyət imtahanını qeyd edilmiş 3 imtahan gününün hər hansı birində verə bilərlər.

İmtahana gələrkən abituriyent aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər.

- qabiliyyət imtahanına buraxılış vərəqəsini;

- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

c) imtahana buraxılış vərəqi (test imtahanı)

Məşqçilik (61) və Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir(forma-86). İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.