Cəmiyyət

Krediti olanlara güzəşt ediləcək - TƏFƏRRÜAT - VİDEO

6 İyul 2021 11:39
0 Şərh     Baxış: 3 525
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya səbəbindən bank kreditlərini ödəyə bilməyən vətəndaşların cərimə faizi hesablanmayacaq və onların adları "qara siyahı" ya salınmayacaq.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bununla bağlı Mərkəzi Bank koronavirus pandemiyası ilə əlaqədar maliyyə sektoruna əlavə dəstəkləyici tədbirlər paketinin vaxtının növbəti dəfə uzadılması barədə qərar qəbul edib.

Mövzunu şərh edən millət vəkili Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın tövsiyəsinə əsasən, pandemiya təsirləri səbəbindən krediti ödəyə bilməyən vətəndaşlarımızın borcuna oktyabrın 1-dək cərimə faizi, dəbbə pulu və digər cərimələr hesablanmamalıdır.

Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bank tərəfindən sözügedən qərar tövsiyə xarakteri daşısa belə, bu məsələ Banklar Assosiasiyası və bütün banklarla razılaşdırılıb.Vətəndaşlar problemlə qarşıladıqda aidiyyəti dövlət qurumuna müraciət edərək hüququnu tələb edə bilər.

Bu tələbin tətbiqi bankların kapitalında əməliyyat və bazar risklərinin qarşılanması üçün əlavə buferin yaradılmasına xidmət edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:   

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.