Bakıda xəstəxanada bıçaqlanma hadisəsi baş verib.
Milli.Az manset.az-a istinadən bildirir ki, hadisə 5 nömrəli xəstəxanada qeydə alınıb. Belə ki, əlillik arayışı almaq istəyən pasiyentin oğlu həmin xəstəxanada çalışan Zöhrab Şamxalovu bıçaqlayıb. İlkin məlumata görə, həkimin vəziyyəti ağırdır, o komaya düşüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az