Bakıda pasiyentin oğlu xəstəxanada həkimi BIÇAQLADI - Vəziyyəti ağırdır - FOTO

3 İyul 2021 13:06

Bakıda xəstəxanada bıçaqlanma hadisəsi baş verib.

Milli.Az manset.az-a istinadən bildirir ki, hadisə 5 nömrəli xəstəxanada  qeydə alınıb. Belə ki, əlillik arayışı almaq istəyən pasiyentin oğlu həmin xəstəxanada çalışan Zöhrab Şamxalovu bıçaqlayıb. İlkin məlumata görə, həkimin vəziyyəti ağırdır, o komaya düşüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az