Cəmiyyət

Rusiya azərbaycanlı qadını beynəlxalq axtarışa verib

3 İyul 2021 18:18
0 Şərh     Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli qadını beynəlxalq axtarışa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "İnterpol"un saytında məlumat verilib.

Bildirilib ki, 1991-ci ildə Dərbənd şəhərində anadan olan, Azərbaycan və rus dillərində danışan Əminə Əliyeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün "İnterpol"a müraciət olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.