Cəmiyyət

Polkovnik Babək Səmidlinin ölümündən sonra təltif edildiyi "Zəfər" ordeni ailəsinə verildi - FOTO

3 İyul 2021 22:48
0 Şərh     Baxış: 1 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezidenti İlham Əliyev tərəfindən Silahlı Qüvvələrinin polkovniki, Birinci Ordu Korpusu komandirinin müavini Babək Səmidlinin ölümündən sonra təltif edildiyi "Zəfər" ordeni
bu gün onun ailə üzvlərinə təqdim olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, şəhid ailələri, qazilər, rayon ictimayyətinin nümayəndələri əvvəlcə Göyçay şəhər Şəhidlər Xiyabanında gedərək şəhid polkovnik Babək Səmidlinin, eləcə də Vətən uğrunda canından keçən igidlərin məzarını ziyarət ediblər.

Məzarlıqda çıxış edən şəxslər Vətən Müharibəsində qazanılan böyük qələbədən, torpaqların işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Göyçaylı gənclərin, həmçinin, Babək Səmidlinin şücaətindən, şərəfli döyüş yolundan, qəhrəmanlığından danışıblar.

General-mayor Zaur Abdullayev "Zərəf" ordenini şəhid polkovnikin övladları Mətləb və Səmid Səmidliyə təqdim edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.